Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov: ““Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək əlavə və dəyişikliklərin əksəriyyəti texniki xarakter daşıyır”

Azərbaycanın Venesiya Komissiyasındakı nümayəndəsi Lətif Hüseynov: ““Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna ediləcək əlavə və dəyişikliklərin əksəriyyəti texniki xarakter daşıyır”
# 22 dekabr 2006 15:42 (UTC +04:00)
Bu barədə APA-ya Avropa Şurasının Venesiya Komissiyasının Azərbaycandan olan üzvü Lətif Hüseynov məlumat verib. Onun sözlərinə görə, işçi qrupu qanuna ediləcək əlavə və dəyişikliklə bağlı təkliflərini hazırlayandan sonra layihəni yenidən Venesiya Komissiyasına göndərəcək: “Venesiya Komissiyasının rəyi ayrı-ayrılıqda nəzərdən keçirilir. Həmin rəy qəbul olunan iclasda mən də iştirak etmişəm. Qanuna ediləcək əlavə və dəyişikliklərin çoxu o qədər də prinsipial deyil. Onların əksəriyyəti texniki məsələlərdir. Bu qanun Azərbaycan Avropa Şurasına üzv olmamışdan qabaq qəbul edilib. O vaxt biz müəyyən konvensiyalara qoşulmamışdıq. Ona görə də, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanun indiki dövrə uyğunlaşdırılmalıdır”. L. Hüseynov deyib ki, “Sərbəst toplaşmaq haqqında” qanundakı bəzi məsələlər Azərbaycanın 2002-ci ildə qəbul etdiyi konstitusiya qanuna da uyğunlaşdırılmalıdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR