Kristian Ştroxal Azərbaycan hökumətini ATƏT-in məsləhət gördüyü tövsiyələri və öhdəlikləri yerinə yetirməyə çağırıb

Kristian Ştroxal Azərbaycan hökumətini ATƏT-in məsləhət gördüyü tövsiyələri və öhdəlikləri yerinə yetirməyə çağırıb
# 22 dekabr 2006 16:43 (UTC +04:00)
“Azərbaycan hökumətinin ATƏT-lə irimiqyaslı dialoq aparılması istiqamətində ciddi islahatlar keçirmək üçün geniş imkanları var. Azərbaycan ATƏT-lə əməkdaşlıq nəticəsində dözümlülük, trafikinglə mübarizə, polislər və hakimlər üçün treninqlər, eləcə də digər sahələrdə bir sıra pozitiv addıma nail olub. Bu onu göstərir ki, biz başqa sahələrdə də tərəqqiyə nail ola bilərik”. ATƏT-in Bakı ofisindən APA-ya verilən məlumata görə, bu sözləri Bakıya iki günlük səfərinin yekunlarına dair verdiyi açıqlamada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbəri Kristian Ştroxal deyib. Bununla belə, K.Ştroxal Azərbaycan hökumətini ATƏT tərəfindən məsləhət görülən tövsiyələri və öhdəlikləri yerinə yetirməyə çağırıb. O, insan haqları sahəsində yaranan problemlərin həll etmə yollarına toxunaraq, qeyd edib ki, bu məsələlərdə polislərin səlahiyyətlərindən sui-istifadə etmə hallarının araşdırılması ilə, media azadlığının təminatının monitorinq mexanizmi çox təsirlidir: “Rəsmi şəxslər, siyasi partiyalar və vətəndaş cəmiyyəti arasında dialoq bu məqsədlərə çatmaq üçün çox vacibdir. Biz ATƏT-in Bakıdakı Ofisi ilə birgə bu məsələlərdə kömək etməyə hazırıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR