“İnsan hüquqları Azərbaycan qanunvericiliyində: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib

“İnsan hüquqları Azərbaycan qanunvericiliyində: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib
# 23 dekabr 2006 09:58 (UTC +04:00)
Bu gün Milli Məclisin İnsan hüquqları daimi komissiyası “İnsan hüquqları Azərbaycan qanunvericiliyində: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən parlamentin İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova deyib ki, XXI əsrdə insan hüquqlarının qorunması əsas tələblərdən biridir. Onun sözlərinə görə, dövlətlərin bu məsələyə münasibəti bir-birindən fərqlənir. R. Aslanova insan hüquqlarının qorunmasında Azərbaycanın demokratik prinsiplərə əsaslandığını deyib: “İnsan hüquqları ilə bağlı milli qanunvericilik bazası yaradılıb. 1995-ci ildə qəbul edilən Konstitusiyanın bir çox müddəaları insan haqları ilə bağlıdır”. Tədbirdə çıxış edən daxili işlər nazirinin müavini Oruc Zalov Azərbaycanda hüquq və azadlıqların qorunmasında hüquq-mühafizə orqanlarının da üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. Nazir müavini Azərbaycanın insan hüquqlarının qorunması ilə bağlı mövcud olan bir çox beynəlxalq konvensiyalara qoşulduğunu qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR