Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın işğalçı Ermənistanı silahlandırmasını pisləyir

Azərbaycan Müdafiə Nazirliyi Rusiyanın işğalçı Ermənistanı silahlandırmasını pisləyir
# 25 dekabr 2006 09:18 (UTC +04:00)
APA-nın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, gələn fevralın 17-də Rusiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandan müavinin Ermənistana səfər edəcək. Səfər ərəfəsində bu komplekslərin təqdimatı keçiriləcək.
Azərbaycan Müdafiə Nazirliyi isə işğalçı Ermənistanın Rusiya tərəfindən silahlandırılmasını pisləyir. Nazirliyin mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyev APA-ya açıqlamasında bildirib ki, Ermənistan əldə etdiyi silah-sursatı işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirir: “Azərbaycan və Ermənistan Avropada Adi Silahlar haqqında Müqaviləyə qoşulub. Biz region dövlətlərinin müqavilənin şərtlərini yerinə yetirməsini istəyirik”
Qeyd edək ki, hazırda Gümrüdəki 102-ci baza və Erebuni aviabazası Rusiyanın istifadəsindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR