Dekabrın 29-da Milli Məclisin payız sessiyası başa çatır

Dekabrın 29-da Milli Məclisin payız sessiyası başa çatır
# 25 dekabr 2006 09:28 (UTC +04:00)
Bu barədə APA-ya parlamentin Sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli məlumat verib. Onun sözlərinə görə, MM-in son iclasları dekabrın 26-da və 29-da olacaq. Həmin iclaslarda Milli Bankın İdarə Heyəti üzvlərinin təsdiqi ilə bağlı məsələ, “Teatr və teatr fəaliyyəti haqqında”, “Əmanətlərin sığortalanması haqqında” qanun layihələri, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanuna əlavə və dəyişikliklər, Türkiyə ilə Azərbaycan arasında sosial müdafiə sahəsində sazişə düzəlişlər və Rəqabət Məcəlləsi müzakirəyə çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR