Deputat Elman Məmmədov: “Erməniyə zor göstərməsən, qərarla, iclasla bir qarış torpağı da azad etməyəcək”

Deputat Elman Məmmədov: “Erməniyə zor göstərməsən, qərarla, iclasla bir qarış torpağı da azad etməyəcək”
# 25 dekabr 2006 11:32 (UTC +04:00)
“Dağlıq Qarabağ məsələsinin həllini hər il bu və ya digər respublikada keçirilən siyasi kampaniyanın quyruğuna bağlayacağıqsa, heç bir ciddi nəticiyə nail olunmayacaq”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin üzvü Elman Məmmədov deyib. Ermənistan rəhbərliyinin ölkədə 2007-ci ildə keçiriləcək parlament seçkilərinə qədər münaqişənin həlli ilə bağlı fəal danışıqların aparılmayacağı ilə bağlı bəyanatına münasibət bildirən E. Məmmədovun sözlərinə görə, Azərbaycan mövqeyini sərtləşdirməli və sözdən praktik işə keçməlidir: “Erməniyə zor göstərməsən, qərarla, iclasla bir qarış torpağı da azad etməyəcək”. Ermənistan prezidenti Robert Köçəryanın hərbi cani olduğunu söyləyən E. Məmmədov bu mövqeyini beynəlxalq tədbirlərdə də dilə gətirdiyini açıqlayıb: “On gün əvvəl NATO-nun baş qərargahında da bunu elan etmişəm. Əslində mənim dediklərimi Köçəryan özü də təsdiqləyib. O, Avropa Şurasının tribunasından bildirib ki, Qarabağdakı döyüşlərdə iştirak edib və bununla fəxr edir. Ancaq bu gün hərbi cani Avropada prezident kimi qəbul olunur”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR