Rusiya, Gürcüstan, Ukrayna prezidentləri Azərbaycan prezidentinə telefon açıblar

Rusiya, Gürcüstan, Ukrayna prezidentləri Azərbaycan prezidentinə telefon açıblar
# 25 dekabr 2006 11:44 (UTC +04:00)
Rusiya Federasiyasının prezidenti Vladimir Putin və bu ölkənin baş naziri Mixail Fradkov Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibəti ilə təbrik etmək üçün ona telefon açıblar. APA-nın məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili və Ukrayna prezidenti Viktor Yuşşenko da ölkə başçısına telefon açıblar. Danışıqlarda prezident İlham Əliyevə ad günü münasibətilə təbriklər çatdırılıb, ona fəaliyyətində uğurlar, cansağlığı arzulanıb. Telefon danışıqlarında ölkələr arasında ikitərəfli münasibətlər, gələcək əlaqələrin perspektivləri də müzakirə olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR