Ukrayna baş nazirinin Azərbaycana səfəri işgüzar xarakter daşıyır, hər hansı sənədin imzalanması gözlənilmir

Ukrayna baş nazirinin Azərbaycana səfəri işgüzar xarakter daşıyır, hər hansı sənədin imzalanması gözlənilmir
# 25 dekabr 2006 14:37 (UTC +04:00)
Sabah Ukraynanın baş naziri Viktor Yanukoviç Azərbaycana gəlir. Bu barədə APA-ya Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Tələt Əliyev məlumat verib. Səfirin sözlərinə görə, V.Yanukoviç prezident İlham Əliyev və baş nazir Artur Rasizadə ilə görüşəcək.
Ukraynanın Azərbaycandakı səfirliyindən isə APA-ya bildirilib ki, səfər işgüzar xarakter daşıyır və hər hansı sənədin imzalanması gözlənilmir. Görüş zamanı tərəflər arasında müxtəlif sahələri əhatə edən məsələlər müzakirə olunacaq. O cümlədən, danışıqlarda Azərbaycan-Ukrayna münasibətlərində prioritet hesab olunan enerji sahəsinə geniş yer ayrılacağı gözlənilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR