Mehman Cavadoğlu: “Divan üzvləri təklif etsələr, Mərkəzi İcra Aparatının Əsasnaməsi müzakirə oluna bilər”

Mehman Cavadoğlu: “Divan üzvləri təklif etsələr, Mərkəzi İcra Aparatının Əsasnaməsi müzakirə oluna bilər”
# 25 dekabr 2006 15:03 (UTC +04:00)
Bu gün Müsavat Partiyası Divanının iclası keçirilib. Partiya başqanının müavini Mehman Cavadoğlunun APA-ya verdiyi məlumata görə, iclasda ölkədəki ictimai-siyasi vəziyyət və partiyadaxili məsələlər, həmçinin Müsavat Məclisinin partiyanın Avropa Liberal Demokrat Partiyasına üzvlüklə bağlı qəbul etdiyi müraciət müzakirə olunub. M. Cavadoğlunun sözlərinə görə, Divan üzvü Vurğun Əyyubun partiyanın Mərkəzi İcra Aparatının Əsasnaməsinin müzakirə olunması ilə bağlı təklif və iradları iclasın gündəliyində olmadığından bu məsələ ətrafında müzakirə aparılmayıb. Başqan müavini xatırladıb ki, qurultaydan sonra formalaşmış Divanın Əsasnaməni təsdiq etmək hüququ olmadığını görə mübahisə obyekti olan sənədi İsa Qəmbər özü təsdiqləyib: “Partiya başqanının belə bir səlahiyyəti var. Divan üzvləri �?sasnamənin müzakirəsini təklif etsələr, sənəd yenidən müzakirə olunub Divanda təsdiqlənə bilər�?. M. Cavadoğlu bildirib ki, Məclisin sonuncu iclasında Divana təlimat və əsasnamələrin təsdiqi ilə bağlı səlahiyyət verilib: “Güman edirəm ki, Divanda aparılacaq müzakirələr nəticəsində sənədə ciddi dəyişiklik olmayacaq və �?sasnamə indiki formada qəbul ediləcək�?.
Divan üzvü Vurğun �?yyub isə müzakirə olunan məsələlər və partiya rəhbərliyinə qarşı səsləndirdiyi ittihamlarla bağlı mətbuata açıqlama verməyəcəyini deyib: “Mən bir müddət partiyadaxili məsələlərlə bağlı mətbuatdakı çıxışlarımı dayandırmaq qərarına gəlmişəm�?. V. �?yyub İ. Qəmbərin partiya Məclisinin iclasındakı mövqeyinə də münasibət bildirmək fikrində olmadığını söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR