Millət vəkili Milli Məclisin spikerinə müavinindən şikayət edib

Millət vəkili Milli Məclisin spikerinə müavinindən şikayət edib
# 26 dekabr 2006 10:34 (UTC +04:00)
Milli Məclisin bugünkü iclasında millət vəkili Cəmil Həsənli parlamentin birinci vitse-spikeri Ziyafət Əsgərovun ünvanına tənqidi fikirlər səsləndirib. APA-nın məlumatına görə, C.Həsənli spiker Oqtay Əsədova müraciət edərək, Z.Əsgərovun deputatları təhqir etməsinin qarşısının alınmasını xahiş edib: “Ziyafət Əsgərov özünü deputat kimi aparsa, daha yaxşı olar. O, deputatları mütəmadi təhqir edir, çıxışlarını yarımçıq kəsir”. C.Həsənli spiker Rumıniyada səfərdə olarkən iclasa sədrik edən Z.Əsgərovun deputatları təhqir etdiyini deyib: “Mənim rəhbərliyim altında 15 nəfər elmlər namizədliyini müdafiə edib. Onların hamısı Ziyafət Əsgərovdan qat-qat səviyyəlidirlər. Mən vətənə xidmət edəndə Ziyafət Əsgərov universitetin dəhlizində hansı işlərlə məşğul olduğunu hamı yaxşı bilir”. Z.Əsgərov isə həmkarının ittihamlarına heç bir cavab verməyib. Spiker O.Əsədov bu faktdan xəbərdar olmadığını deyib, deputatları bir-birinə hörmət etməyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR