Corc Buş Qars-Axalkələk-Bakı dəmir yolu layihəsinin ABŞ tərəfindən maliyyələşdirilməsini qadağan edən qanunu imzalayıb

Corc Buş Qars-Axalkələk-Bakı dəmir yolu layihəsinin ABŞ tərəfindən maliyyələşdirilməsini qadağan edən qanunu imzalayıb
# 26 dekabr 2006 11:08 (UTC +04:00)
Prezident Corc Buş Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirəcək dəmir yolu xəttinin çəkilməsinin ABŞ tərəfindən maliyyələşdirilməsini qadağan edən qanunu imzalayıb. APA-nın “Arminfo”ya istinadən verdiyi məlumata görə, daha əvvəl Nümayəndələr Palatası və Senatda qəbul olunmuş qanun ABŞ “Eksimbank”ına (Export-İmport Bank) Ermənistandan yan keçməklə Qars-Axalkələk-Bakı dəmir yolunun çəkilməsinə dəstək verməyi qadağan edir. Qeyd edək ki, “Cənubi Qafqazın inteqrasiyası və açıq dəmir yolları haqqında akt” adlanan qanun senatorlar Rik Santorum və Robert Menendez tərəfindən hazırlanıb. Əvvəllər layihənin reallaşması üçün 800 milyon dollar ayrılması nəzərdə tutulurdu. Bu ilin iyulunda konqresmen Co Krouli sənədə Türkiyə və Azərbaycanın Ermənistanı regional layihələrdən və kommersiya imkanlarında izolyasiya etmək cəhdlərinə yönəlmiş layihənin ABŞ tərəfindən maliyyələşdirilməsinin yolverilməz olduğu barədə düzəliş edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR