2007-ci il yanvarın 1-dən bütün Şengen ölkələri Şengen vizası üçün rüsumun məbləğini 60 avroya qaldıracaq

2007-ci il yanvarın 1-dən bütün Şengen ölkələri Şengen vizası üçün rüsumun məbləğini 60 avroya qaldıracaq
# 26 dekabr 2006 12:47 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfirliyindən APA-ya daxil olan məlumata görə, səfirliklər bəyan edir ki, Avropa İttifaqı Şurasının 1 iyun 2006-cı il tarixli qərarına əsasən, 1 yanvar 2007-ci il tarixindən etibarən, bütün Şengen ölkələri Şengen vizası (90 günə qədər qalmaq üçün verilən viza) üçün rüsumun məbləğini 60 avroya qaldıracaq. Bu qərar əvvəlki Şengen vizası rüsumunun (35 avro) müraciətlərə baxılma xərclərini ödəmədiyi üçün qəbul edilib. Digər ölkələrin tətbiq etdiyi müraciətlərə baxılma xərcləri ilə müqayisədə, bu məbləğ münasibdir.
Qeyd edək ki, Şengen ölkələrini Azərbaycanda Almaniya, Fransa, İtaliya, Norveç və Yunanıstan səfirlikləri təmsil edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR