Cahandar Bayoğlu: “2006-cı il Güney Azərbaycanda böyük iz buraxan il kimi tarixə düşdü”

Cahandar Bayoğlu: “2006-cı il Güney Azərbaycanda böyük iz buraxan il kimi tarixə düşdü”
# 26 dekabr 2006 12:48 (UTC +04:00)
Bu gün Güney Azərbaycan Oyanış Hərəkatını Müdafiə Komitəsinin (GAOHMK) sədri Cahandar Bayoğlu Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində Azərbaycanın güneyinə yönəlik fəaliyyət göstərən milli təşkilatların Azərbaycan Mili Hərəkatının 2006-cı il üçün yekun baxışları ilə bağlı mətbuat konfransı keçiib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən C. Bayoğlu bildirib ki, əsas məqsəd bu il baş verən hadisələrə qiymət vermək, həmçinin 2007-ci ildə qarşıda duran vəzifələri müzakirə etməkdir. C. Bayoğlu 2006-cı ilin Güney Azərbaycanda böyük iz buraxan il kimi tarixə düşdüyünü deyib: “Bu ili aparılan mücadiləmizin bütün dünyada təsdiqlənməsi kimi dəyərləndirmək olar. Bu ilin mayından Güney Azərbaycanda başlayan mitinqlər dünyaya Azərbaycan Milli Hərəkatının gələcək liderlərini tanıtdı. Hətta bu mücadilə nəticəsində İran rəsmiləri Azərbaycanın Dağlı Qarabağ problemi haqda daha ehtiyatlı danışmağa başladı”. 2006-cı il beynəlxalq güclər tərəfindən tanınması ili kimi tarixə düşdüyünü deyən C. Bayoğlu qeyd edib ki, bir sıra Avropa ölkələrinin parlamentlərində Güney Azərbaycan problemi müzakirə obyekti olub. Gələcək planlar haqda məlumat verən C. Bayoğlu gələn il qarşıya qoyulan məqsədin İranla Ermənistanın dostluq siyasətinə zərbə vurulması ili olacağını vurğulayıb: “Biz də öz növbəmizdə quzeydə onlarla birlikdə olduğumuzu nümayiş etdirəcəyik. Azərbaycan Milli Hərəkatı bütün dünya azərbaycanlılarının iradəsi əsasında daha da güclənəcək. Bu işdə bütün təşkilatlarla həmrəy olaraq mübarizə aparmaq niyətindəyik”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR