Gələn ilin əvvəllərində ADP-nin növbəti qurultayı keçiriləcək

Gələn ilin əvvəllərində ADP-nin növbəti qurultayı keçiriləcək
# 27 dekabr 2006 14:17 (UTC +04:00)
2007-ci ilin əvvəllərində Azərbaycan Demokrat Partiyasının (ADP) növbəti qurultayı keçiriləcək. Bu barədə APA-ya ADP-nin Ali Məclisinin sədri Akif Şahbazov məlumat verib. Onun sözlərinə görə, qurultayın vaxtının müəyyən olunması üçün gələn ilin yanvarında Ali Məclisin iclasının keçirilməsi gözlənilir. İclasda qurultayın vaxtının müəyyənləşməsi ilə yanaşı, ADP-nin 2007-ci ildə atacağı digər addımlar da müzakirə olunacaq. A.Şahbazov partiya Nizamnaməsinə görə, qurultayın iki ildən gec olmayaraq keçirilməsinin nəzərdə tutulduğunu və bunun növbəti qurultay olduğunu qeyd edib. Qurultayda partiya sədrliyinə Rəsul Quliyevdən başqa iddialıların olub-olmayacağına gəldikdə, A.Şahbazov bu barədə əvvəlcədən hər hansı fikir söyləməyi düzgün hesab etmədiyini söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR