Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək

Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək
# 28 dekabr 2006 09:13 (UTC +04:00)
Sabah Milli Məclisin payız sessiyasının son iclası keçiriləcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsi, Rəqabət Məcəlləsi, “Teatr və teatr fəaliyyəti haqqında” qanun layihəsi, yetkinlik “Yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanuna əlavə və dəyişikliklər, bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər müzakirə olunacaq. Bundan başqa, Milli Məclisin bütün dünyada yaşayan azərbaycanlılara Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə müraciəti qəbul olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR