Səməd Seyidov: “Azərbaycan nümayəndə heyəti AŞPA-da Ermənistanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsində fəal iştirak edəcək”

Səməd Seyidov: “Azərbaycan nümayəndə heyəti AŞPA-da Ermənistanın öhdəlikləri ilə bağlı məsələnin müzakirəsində fəal iştirak edəcək”
# 28 dekabr 2006 10:05 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. Onun sözlərinə görə, Ermənistanın öhdəliklərinin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin üzvləri də çıxış edəcəklər və Dağlıq Qarabağ münaqişəsinin hələ də həll olunmamış qaldığını iclas iştirakçılarının nəzərinə çatdıracaqlar. S. Seyidov onu da bildirib ki, AŞPA-nın qış sessiyası müddətində bütün komitələrin iclaslarının keçirilməsi nəzərdə tutulur. Monitorinq Komitəsinin gündəmindəki məsələlərdən biri AŞPA-nın aprel ayının ikinci həftəsində keçiriləcək yaz sessiyasında Azərbaycanla bağlı müzakirə olunacaq mövzuların müəyyənləşdirilməsidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR