Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Məclisi keçirilib
# 28 dekabr 2006 10:14 (UTC +04:00)
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) V Məclisi keçirilib. AHİK-dən APA-ya daxil olan məlumata görə, Məclisdə “Müasir mərhələdə AHİK-in II Məclisinin qərarlarının yerinə yetirilməsi sahəsində əməyin mühafizəsi problemlərinin həllində həmkarlar ittifaqlarının rolu haqqında” məsələ müzakirə edilib. Tədbirdə təmir tikinti işlərinin görülməsi zamanı hər il baş verən bədbəxt hadisələrin 50%-nin ölümlə nəticələnməsi, 2005-ci ildə onun 85%-ə çatmasından narahatlıq ifadə olunub. Məclisdə təşkilati məsələyə də baxılıb. Vaqif Eyvazov AHİK sədrinin müavini seçilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR