Fövqəladə Hallar Nazirliyi yeni il şənlikləri zamanı baş verə biləcək yanğınların qarşısının alınması ilə bağlı əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi yeni il şənlikləri zamanı baş verə biləcək yanğınların qarşısının alınması ilə bağlı əhaliyə müraciət edib
# 28 dekabr 2006 12:47 (UTC +04:00)
FHN-nin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən APA-ya daxil olan məlumata görə, xoşagəlməz halların baş verməməsi üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mütəmadi olaraq tədbirlər həyata keçirib, bu sahədə profilaktika işlərini gücləndirir: “Respublika ərazisində yeni il şənlikləri keçiriləcək yerlərdə diqqətli yanğın texniki müayinələri aparılaraq, rejim xarakterli nöqsanlar yerindəcə həll edilir, çatışmazlıqların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür”. Nazirlik vətəndaşları yanğın təhlükəsizliyi qaydalarına məsuliyyətlə əməl etməyə çağırır.
FHN Yeni il şənlikləri keçirilərkən kiçik yaşlı uşaqları xüsusi nəzarətdə saxlamağı tövsiyə edib, onlara qızdırıcı və işıqlandırıcı cihazlardan istifadə etməyin qadağan olunması məsləhətini verib: “Şənliklər zamanı adətən bir neçə güclü elektrik şəbəkəsi həddindən artıq yüklənir və yanğın təhlükəsi yaranır. Mənzillərdə yolka şənlikləri keçirilərkən otaqların elektrik xətlərinin izolyasiyası saz vəziyyətdə olmalıdır. Şənliklər zamanı fişəngdən istifadə etmək də təhlükəlidir”. FHN-nin məlumatına görə, məktəblərin, idarə və müəssisələrin rəhbərləri Yeni il yolkası qurulacaq otaqlarda iki sərbəst çıxışın olmasına diqqət yetirməlidirlər: “Otaqların qapıları çölə açılmalı və onun üstündə “Çıxış” sözləri yazılmış lövhə asılmalıdır. Bayram şənlikləri zamanı yanğına qarşı profilaktiki tədbirləri daha da gücləndirmək, yolka şənliklərində iştirak edəcək uşaqların tam təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirlər vaxtında görülməlidir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR