Oqtay Əsədov Türkiyənin Azərbaycandakı səfiri Turan Moralını qəbul edib

Oqtay Əsədov Türkiyənin Azərbaycandakı səfiri Turan Moralını qəbul edib
# 28 dekabr 2006 13:16 (UTC +04:00)
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda diplomatik fəaliyyəti başa çatan Türkiyə səfiri Turan Moralını qəbul edib. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə O. Əsədov T. Moralının Azərbaycanda səfir kimi fəaliyyət göstərdiyi dövrdə iki dövlət arasında münasibətlərin daha da inkişaf etdiyini bildirib. T. Moralı isə bundan sonra səfir kimi missiyasını İrlandiyada davam etdirəcəyini və bu ölkədə də Azərbaycanın maraqlarını qoruyacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR