Azərbaycanla bağlı hesabat AŞ PA-nın aprel sessiyasında müzakirəyə çıxarılacaq

Azərbaycanla bağlı hesabat AŞ PA-nın aprel sessiyasında müzakirəyə çıxarılacaq
# 28 dekabr 2006 15:03 (UTC +04:00)
Bunu APA-ya müsahibəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andreas Herkel söyləyib: “Dağlıq Qarabağ de-yure Azərbaycanın ərazisidir, bu məsələ ilə bağlı haqsızlıq, ədalətsizlik hökm sürür. Amma tərəflər Avropa Şurasının prinsiplərinə əsaslanaraq, münaqişənin həlli istiqamətində kompromisə gəlməlidirlər”. A. Herkel bildirib ki, Azərbaycanla bağlı hazırladıqları məruzənin ilkin variantı gələn ilin yanvarında Monitorinq Komitəsinin iclasında müzakirə ediləcək. Məruzənin tam mətni isə AŞ PA-nın aprel ayında keçiriləcək sessiyasında müzakirəyə çıxarılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR