MSK-nın 26 DSK-da apardığı yoxlamalar başa çatıb

MSK-nın 26 DSK-da apardığı yoxlamalar başa çatıb
# 28 dekabr 2006 15:36 (UTC +04:00)
MSK-dan APA-ya verilən açıqlamaya görə, yoxlamalar zamanı DSK-ların yerləşdiyi binaların vəziyyəti, dairə və məntəqə seçki komissiyalarının üzvlərinə əmək haqqı ödənilməsi cədvəlinə baxış və sair məsələlər üzrə hərtərəfli monitorinqlər aparılıb. DSK-ların maddi-texniki təchizatı, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və s. məsələlərlə bağlı vəziyyət ciddi araşdırılıb. Monitorinqlər Balakən, Zaqatala, Şəki, Saatlı, Sabirabad, Kürdəmir, Cəlilabad, Masallı, Biləsuvar, Astara və Lerik rayonlarının, Gəncə və Lənkəran şəhərlərinin ərazindəki DSK-larda aparılıb. Hazırda aparılmış monitorinqin nəticələri MSK-da araşdırılır.
Xatırladaq ki, bundan əvvəl MSK üzvləri Bakı və Sumqayıt şəhərlərində yerlərən DSK-larda monitorinqlər aparıblar. Qurumun rəhbərliyi növbəti mərhələdə digər DSK-larda da monitorinqlər aparmağı planlaşdırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR