Türkiyə səfiri Turan Moralı media nümayəndələri ilə vida görüşü keçirib

Türkiyə səfiri Turan Moralı media nümayəndələri ilə vida görüşü keçirib
# 29 dekabr 2006 08:56 (UTC +04:00)
Türkiyə səfiri Turan Moralı Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar media nümayəndələri ilə vida görüşü keçirib. APA-nın məlumatına görə, görüşdə ölkənin bir sıra tanınmış media orqanlarının rəhbərləri və jurnalistləri iştirak ediblər. Tədbirdə çıxış edən T. Moralı fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycanla Türkiyə arasında hər sahədə mövcud olan münasibətlərin daha da inkişafı üçün çalışdığını bildirib. Azərbaycan mediası ilə çox rahat, lüks şəraitində işlədiyini deyən diplomat bunu ölkə mətbuatının Türkiyəyə xüsusi münasibəti ilə əlaqələndirib. Səfir Azərbaycandan xoş xatirələrlə ayrıldığını və ölkəmizi hər zaman məhəbbətlə yad edəcəyini vurğulayıb. Qeyd edək ki, T. Moralı Türkiyənin İrlandiyada səfiri təyin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR