Turan Moralı: “Çalışdığım ölkələrdə fəaliyyət müddətimin iki ildən artıq olmaması məndən asılı deyil”

Turan Moralı: “Çalışdığım ölkələrdə fəaliyyət müddətimin iki ildən artıq olmaması məndən asılı deyil”
# 29 dekabr 2006 09:02 (UTC +04:00)
“Səfir kimi çalışdığım ölkələrdə fəaliyyət müddətimin iki ildən artıq olmaması məndən asılı deyil”. Bu sözləri APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı deyib. Onun sözlərinə görə, diplomatların səlahiyyət müddətinin nə vaxt başa çatacağı onlardan asılı olan məsələ deyil, bunu yalnız Xarici İşlər Nazirliyi müəyyənləşdirir. Səfir ona həvalə edilən yeni vəzifədən heç də narazı olmadığını vurğulayıb. Xatırladaq ki, T. Moralı 2005-ci ildə Türkiyənin Azərbaycandakı səfiri təyin olunub. O, diplomatik fəaliyyətini İrlandiya Respublikasında davam etdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR