Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə soydaşlarımıza müraciət edib

Milli Məclis Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə soydaşlarımıza müraciət edib
# 29 dekabr 2006 13:50 (UTC +04:00)
APA-nın məlumatına görə, müraciətdə 15 il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın müstəqilliyi prosesinə təkan verildiyi, ağır sınaqların olduğu və H. Əliyevin səyi nəticəsində müstəqilliyin qorunub saxlandığı bildirilib. “Bu gün Azərbaycanın Cənubi Qafqazda lider dövlət, dünya azərbaycanlıları üçün isə qürur mənbəyidir. Dünya azərbaycanlıları ilə əlaqələrin möhkəmləndirilməsi üçün iki dəfə Dünya Azərbaycanlılarının Qurultayı keçirilib və Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılıb. Dünyanın müxtəlif yerlərində yaşayan azərbaycanlılar bütün səylərini birləşdirsələr, o zaman Dağlıq Qarabağ problemi də həll olunar. Biz bütün dünya azərbaycanlılarını milli birliyə çağırırıq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR