Azərbaycan Dövlət Radiosunun 100-ə qədər əməkdaşı təqaüdə göndərilib

Azərbaycan Dövlət Radiosunun 100-ə qədər əməkdaşı təqaüdə göndərilib
# 29 dekabr 2006 14:42 (UTC +04:00)
Az.TV-nin Kadrlar İdarəsinin rəisi Mansur Bayramovun APA-ya açıqlamasına görə, bu dəfə təqaüdə göndərilənlər dövlət radiosunun əməkdaşlarıdır: “Təxminən 100-ə qədər əməkdaş təqaüdə göndərilir. Onların əksəriyyəti artıq ərizəsini yazıb. Radionun əməkdaşları təqaüdə göndərilmələri ilə bağlı xəbəri televiziyanın əməkdaşlarından daha normal qarşıladılar”. M. Bayramov deyib ki, işdən çıxarılanlar təqaüd yaşı tamam olanlardır: “Bu proses gələcəkdə də davam edəcək. Biz təqaüdə göndərilənlərin üzünə qapıları bağlamırıq”. Kadrlar İdarəsinin rəisi dövlət radiosunda ciddi struktur islahatlarının aparılacağını da qeyd edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR