Zahid Oruc: “ATƏT-in Bakı ofisinin hazırladığı təqvimdə Azərbaycan qadını çox məzlum şəkildə təqdim olunub”

Zahid Oruc: “ATƏT-in Bakı ofisinin hazırladığı təqvimdə Azərbaycan qadını çox məzlum şəkildə təqdim olunub”
# 29 dekabr 2006 14:53 (UTC +04:00)
“ATƏT-in Bakı ofisi Azərbaycan qadınını və bütövlükdə cəmiyyəti təhqir edib. Onların hazırladıqları 2007-ci il təqvimində Azərbaycan qadını çox məzlum, zorakılığa məruz qalmış şəkildə təqdim olunub”. APA-nın məlumatına görə, bu fikirləri millət vəkili Zahid Oruc ATƏT-in Bakı ofisinin hazırladığı 2007-ci il təqviminə münasibət bildirərkən deyib. Onun fikrincə, təqvimdəki fotolarda Azərbaycan qadınları həyatdan öz inamını itirmiş formada təqdim olunub. Z. Orucun sözlərinə görə, burada daha çox qadınların mövhumatçı obrazı formalaşdırılıb: “Yaxşı olardı ki, ATƏT-in Bakı ofisinin rəhbəri özünün məzlum bir fotosunu bu təqvimə yerləşdirəydi. Belə bir fotolarla bol olan təqvim insanda mənfi enerji yaradır. Hər ölkədə həyatdan küsmüş insan tapmaq mümkündür. Amma bu o demək deyil ki, onları bir ilin siması kimi təqdim etsinlər”. Z. Oruc məsələ ilə bağlı ATƏT-in Bakı ofisinə etiraz məktubu göndərəcəyini bildirib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR