2007-ci ildə İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri gözlənilir

2007-ci ildə İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana rəsmi səfəri gözlənilir
# 29 dekabr 2006 15:33 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad gələn il Azərbaycana rəsmi səfər edə bilər. APA-nın məlumatına görə, İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Əfşar Süleymani bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev ötən il İrana rəsmi səfər etdiyindən, növbə İran prezidentinindir. Ə.Süleymani 2006-cı ildə İran prezidentinin iki dəfə Azərbaycana səfər etdiyini də xatırladıb: “İran prezidenti Naxçıvanda və Bakıda qeyri-rəsmi səfərlərdə olub”. Səfir İran prezidentinin səfərinin dəqiq vaxtının tərəflər arasında danışıqlardan sonra məlum olacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR