Şeyxülislam Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Qurban bayramı münasibəti ilə Azərbaycan xalqını təbrik edib
# 30 dekabr 2006 10:41 (UTC +04:00)
QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan təbrikdə Şeyx Qurban bayramının müsəlmanlar üçün ən şərafətli bayram olduğunu qeyd edib və bu bayramın insanları mənən saflaşmağa, imanların kamilləşməsinə, mərəhəmət və xeyirxahlığın artırılmasına dəlalət etdiyini bildirib. Qurban Bayramının Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə üst-üstə düşməsini ikiqat bayram sevinci hesab edən A. Paşazadə dövlətimiz və milli mənafelər naminə qüvvələri cəm etməyə, səyləri daha da artırmağa çağırıb. Şeyx kəsilən qurbanların və edilən duaların Allah dərgahında qəbul olunmasını arzulayıb./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR