Nazim İbrahimov: “Güman edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar qlobal problemlərlə rastlaşmayacaqlar”

Nazim İbrahimov: “Güman edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar qlobal problemlərlə rastlaşmayacaqlar”
# 30 dekabr 2006 11:02 (UTC +04:00)
“Güman edirəm ki, Rusiyada yaşayan azərbaycanlılar qlobal problemlərlə rastlaşmayacaqlar, lokal çatışmazlıqları isə yerindəcə həll etməyə çalışacağıq”. Bu sözləri APA-ya açıqlamasında Xaric Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib. Komitə sədri Rusiyada yaşayan azərbaycanlıların hüquqları ilə bağlı dövlət komissiyası tərəfindən Moskva şəhərində və Rusiyanın federal dairələrində yaradılan qərargahların fəaliyyətinin qənaətbəxş olduğunu deyib. N.İbrahimov qərargahların fəaliyyətinə Ümumrusiya Azərbaycanlılar Konqresinin nümayəndələrinin də cəlb olunduğunu deyib: “Qərargahlar baş verən hər hansı hadisə ilə bağlı Rusiyanın dövlət və hökumət qurumları ilə əlaqə saxlayıb soydaşlarımızın problemlərinin həllinə çalışır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR