Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlarla bağlı monitorinq keçirən ATƏT missiyası hesabat hazırlayıb

Azərbaycanın işğal olunmuş ərazilərində törədilən yanğınlarla bağlı monitorinq keçirən ATƏT missiyası hesabat hazırlayıb
# 08 yanvar 2007 09:01 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycanın BMT-dəki nümayəndəliyindən məlumat verilib. BMT-nin “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı bənd üzrə qətnamə əsasında fəaliyyət bu hesabatın nəticələrindən asılı olacaq. Nümayəndəlikdən APA-ya bildiriblər ki, bu il Azərbaycanın BMT yanında daimi nümayəndəliyinin prioritet vəzifəsi “GUAM ərazisində dondurulmuş münaqişələr” qətnamə layihəsinə BMT-yə üzv ölkələr tərəfindən dəstəklənməsini təmin etməkdən ibarətdir. 2007-ci ildə daimi nümayəndəlik BMT-nin mövcud qərarlarını yenidən nəzərdən keçirərək, onların hansı müddəalarının Azərbaycanın maraqlarına əsasən istifadə edilə biləcəyini müəyyənləşdirəcək və müvafiq olaraq Azərbaycanın maraqlarına uyğun olan müddəaların daxil edilməsi istiqamətində işini davam etdirəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR