İran azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisani Ərdəbil prokuroruna məktub yazıb

İran azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən Abbas Lisani Ərdəbil prokuroruna məktub yazıb
# 08 yanvar 2007 11:17 (UTC +04:00)
İran hüquq-mühafizə orqanları tərəfindən iki ay öncə növbəti dəfə həbs edilən azərbaycanlıların hüquqları uğrunda hərəkatın liderlərindən biri Abbas Lisani dekabrın 31-dən aclıq aksiyasına başlayıb. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin sədri Səid Nəimi Tehrandan APA-ya verdiyi eksklüziv açıqlamasında bildirib ki, dövlət quruluşuna qarşı fəaliyyətdə və pantürkist təbliğatında ittiham olunaraq Ərdəbil Məhkəməsinin hökmü ilə 30 ay müddətinə azadlıqdan məhrum edilən Abbas Lisani cəza müddəti başa çatdıqdan sonra 3 il ərzində vətəninə qayıtmamaq şərti ilə İranın ucqar əyalətlərindən birinə sürgün ediləcək. S. Nəimi Lisaninin ailəsinin də daimi təzyiq altında yaşadığını və həyat yoldaşı Ruqəyya Lisaninin əri barədə xəbərləri hüquq müdafiəçilərinə ötürdüyü üçün daim təhdidlərlə üzləşdiyini deyib. O, bir neçə gün öncə A. Lisaninin aclıq aksiyasına başlamasının səbəbləri ilə əlaqədar Ərdəbil vilayətinin əslən azərbaycanlı olan baş prokuroruna məktub ünvanladığını da söyləyib: “Abbas Lisani İran qanunlarına uyğun olaraq evini ziyarət etmək hüququnun pozulmasından şikayətlənib. Daha sonra Abbas Lisani qeyd edib ki, İran rejiminin İslama vurduğu ziyanın ölçüyəgəlməzdir və sistemin siyasəti dinin nüfuzunu aşağı salır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR