ATƏT Daimi Şurasının yanvarın 11-də keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT Daimi Şurasının yanvarın 11-də keçiriləcək toplantısında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq
# 08 yanvar 2007 11:46 (UTC +04:00)
Bu barədə APA-ya ATƏT-in mərkəzi ofisinin mətbuat katibi Suzanna Luf məlumat verib. Onun sözlərinə görə, fəaliyyət istiqamətləri sırasında terrorizmə qarşı mübarizə, mülki cəmiyyətin formalaşdırılması, ictimaiyyətlə hakimiyyət arasında dialoqla bağlı əməkdaşlıq, ətraf mühitin mühafizəsi, demokratiya və KİV sahəsində azadlıqlar məsələsi prioritet təşkil edəcək. Suzanna Luf toplantıda həmçinin mövcud münaqişələr, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələnin müzakirə olunacağını deyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR