Azərbaycan Vəkillər Kollegiyasının sədri Budapeştdə Ramil Səfərovla görüşəcək

Azərbaycan Vəkillər Kollegiyasının sədri Budapeştdə Ramil Səfərovla görüşəcək
# 08 yanvar 2007 12:02 (UTC +04:00)
Bu haqda APA-ya Vəkillər Kollegiyasındakı mənbədən məlumat verilib. Məlumata görə, səfər Macarıstanın Vəkillər Kollegiyasının dəvəti ilə baş tutacaq. Yanvarın 20-dək davam edəcək səfər zamanı hər iki ölkənin müvafiq qurumları arasında ikitərəfli əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı müzakirələr aparılacaq. A. Tağıyev səfər çərçivəsində Budapeşt məhkəməsinin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovla və onun müdafiəsinin səmərəli təşkili məqsədilə macar həmkarları ilə görüşəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR