“ATƏT üçlüyü” xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri dəyişdirilib

“ATƏT üçlüyü” xarici işlər nazirlərinin növbəti görüşünün vaxtı və yeri dəyişdirilib
# 08 yanvar 2007 12:29 (UTC +04:00)
“ATƏT üçlüyü”nün xarici işlər nazirlərinin növbəti görüşünün tarixi dəyişdirilib. Yanvarın 12-nə planlaşdırılan görüş ayın 22-nə keçirilib. Bu barədə APA-ya ATƏT-in mərkəzi ofisinin mətbuat katibi Suzanna Luf məlumat verib. Onun sözlərinə görə, “ATƏT üçlüyü” xarici siyasət idarələri rəhbərlərinin görüşünün baş tutacağı məkan da dəyişdirilib. XİN başçıları əvvəlcə nəzərdə tutulduğu kimi Vyanada deyil, Brüsseldə görüşəcəklər. Görüşün vaxtının və yerinin dəyişdirilməsi XİN başçılarının iş qrafiklərinin uzlaşdırıla bilinməməsidir. Qeyd edək ki, “ATƏT üçlüyü”nə qurumun keçmiş (Belçika), indiki (İspaniya) və gələcək (Finlandiya) sədrləri daxildir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR