Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Rusiyaya növbəti dəfə nümayəndə heyəti göndərəcək

Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi Rusiyaya növbəti dəfə nümayəndə heyəti göndərəcək
# 08 yanvar 2007 15:28 (UTC +04:00)
Rusiya Federasiyasında “Miqrasiya haqqında” qanunun tətbiqi ilə əlaqədar hələlik bu ölkədən Azərbaycan vətəndaşlarının kütləvi deportasiyası baş verməyib. Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin birinci ərazi dairəsinin rəisi Şakir Səlimov məlumat verib. Onun sözlərinə görə, yaranmış vəziyyətlə bağlı Rusiya Federasiyasının əsas şəhərlərində yaradılan 7 qərargaha bu günə kimi 300-400 müraciət daxil olub. Belə bir qərargah Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində də fəaliyyət göstərir və bu qərargaha Rusiyadakı azərbaycanlıların qohumları müraciət edir. Ş. Səlimov deyib ki, Rusiyada ticarət fəaliyyəti ilə məşğul olan azərbaycanlıların problemlərinin araşdırılması və həll edilməsi üzrə Dövlət Komissiyasına daxil olan 7 nazirlik, o cümlədən Prezident Aparatının 3 əməkdaşından ibarət işçi qrupu yaradılıb ki, həmin qrupun üzvləri Dövlət Komitəsində fəaliyyət göstərirlər. İşçi qrupun rəhbəri isə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur. Ş. Səlimov bildirib ki, Rusiyadakı soydaşlarımızı yanvarın 15-nə kimi hər hansı ciddi problem gözləmir. O, məsələ ilə bağlı yaxın günlərdə Rusiyaya növbəti dəfə nümayəndə heyəti göndəriləcəyini açıqlayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR