Ötən il Azərbaycan hərbçiləri NATO-nun 479 tədbirində iştirak edib

Ötən il Azərbaycan hərbçiləri NATO-nun 479 tədbirində iştirak edib
# 09 yanvar 2007 10:30 (UTC +04:00)
Ötən il Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri ikitərəfli əməkdaşlıq və Sülh Naminə Tərəfdaşlıq Proqramı (SNT) çərçivəsində NATO-nun 479 müxtəlif tədbirində iştirak edib. Bu barədə APA-ya Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı mayor İlqar Verdiyev məlumat verib. İ.Verdiyevin sözlərinə görə, NATO-nun tədbirlərinə Azərbaycandan 1 651 hərbçi qatılıb. 2005-ci ildə isə Azərbaycan hərbçiləri NATO-nun 300-dən artıq müxtəlif tədbirlərində iştirak edib.
Qeyd edək ki, Azərbaycan NATO-nun SNT Proqramına 1994-cü ildə qoşulub. Hazırda Azərbaycan Silahlı Qüvvələri NATO ilə əməkdaşlığı 2005-ci ildə imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam etdirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR