İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçiriləcək

İstanbulda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı anım mərasimi keçiriləcək
# 09 yanvar 2007 10:43 (UTC +04:00)
Türkiyənin İstanbul şəhərində 20 Yanvar faciəsinin 17-ci ildönümü ilə bağlı anım mərasimi keçiriləcək. Bu barədə APA-ya Azərbaycanın İstanbuldakı baş konsulu Səyyad Aran məlumat verib. S. Aran bildirib ki, Azərbaycan diasporunun və Türkiyə ictimaiyyətinin nümayəndələrinin, həmçinin tələbələrin iştirakı ilə keçiriləcək mərasimdə 20 Yanvar faciəsini əks etdirən film nümayiş olunacaq. Baş konsulun sözlərinə görə, toplantıda xarici dövlətlərin İstanbuldakı diplomatik missiyalarının təmsilçiləri də iştirak edəcəklər. Xarici diplomatlara 20 Yanvar hadisələrinə dair kitab və bukletlər paylanılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR