2002-ci ildən 2006-cı ilin sonunadək Avropa Məhkəməsi ilə Azərbaycan arasında 35 şikayət üzrə yazışma aparılıb

2002-ci ildən 2006-cı ilin sonunadək Avropa Məhkəməsi ilə Azərbaycan arasında 35 şikayət üzrə yazışma aparılıb
# 09 yanvar 2007 11:01 (UTC +04:00)
2002-ci ildən 2006-cı ilin sonunadək İnsan Hüquq və Azadlıqları üzrə Avropa Məhkəməsi ilə Azərbaycan dövləti arasında 35 şikayət üzrə yazışma aparılıb. Bu barədə APA-ya açıqlamasında Azərbaycan Respublikasının Avropa Məhkəməsində səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov məlumat verib. Ç.Əsgərov bildirib ki, həmin işlərdən 11-i bu və ya digər səbəblərdən Avropa Məhkəməsi tərəfindən rədd edilib, 1 iş üzrə (Fəhmin Hacıyev) qərar qəbul olunub, 23 iş üzrə isə yazışmalar davam etdirilir. Şikayətlər Avropa Konvensiyasının bütün maddələrini əhatə edir. Şikayətlərin böyük qismi isə Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 8-ci (şəxsi və ailə həyatına hörmət hüququ), 11-ci (birləşmək hüququ) və Birinci Protokolun 1-ci (mülkiyyət hüququ) maddələrinin pozulması ilə bağlıdır.
Qeyd edək ki, Azərbaycandan Avropa Məhkəməsinə 2003-cü ildə 360, 2004-cü ildə 251, 2005-ci ildə isə 172 şikayət göndərilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR