Müsavat MNTK üzvü Əlövsət Talışxanlı: “Yeni Müsavat” qəzetinin kollektivindən üzr istəmək niyyətim yoxdur”

Müsavat MNTK üzvü Əlövsət Talışxanlı: “Yeni Müsavat” qəzetinin kollektivindən üzr istəmək niyyətim yoxdur”
# 09 yanvar 2007 11:44 (UTC +04:00)
Müsavat Partiyasının Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) üzvü Əlövsət Talışxanlı partiya rəhbərliyinin “Yeni Müsavat” qəzetinin kollektivindən üzr istəməklə bağlı qərarını yerinə yetirmədiyi üçün partiya Divanının növbəti iclasına dəvət edilib. Bu barədə APA-ya Müsavatın mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, Divanın növbəti iclasında məsələ ilə bağlı Ə. Talışxanlının mövqeyi öyrəniləcək və yalnız bundan sonra hər hansı qərar qəbul olunacaq. Ə. Talışxanlı isə APA-ya açıqlamasında əvvəl bildirdiyi fikirlərin üstündə dayandığını və qəzet kollektivindən üzr istəmək fikrində olmadığını deyib: “Mən dəvət olunduğum yerə getməkdən imtina etmək fikrində deyiləm. Ona görə də Divanın iclasında iştirak edib öz fikirlərimi bildirəcəyəm”. Partiya daxilində baş verənlərin MNTK-da müzakirə olunub-olunmayacağına gəldikdə Ə. Talışxanlı bildirib ki, bu məsələlər birbaşa olaraq MNTK-nın səlahiyyətindədir: “Biz bu məsələləri müzakirə edib qərar qəbul edə bilərik. Nizamnamə ilə bu məsələlər MNTK-nın səlahiyyətlərinə daxildir. Amma hələlik partiyada baş verənlərlə bağlı qurumda hər hansı müzakirə aparmaq fikrimiz yoxdur”. Qeyd edək ki, Ə. Talışxanlı Müsavat Məclisinin iclasında “Yeni Müsavat” qəzetini “Qəfəs” verilişinə bənzətdiyi üçün qəzet kollektivi onun partiyadan çıxarılması xahişi ilə Müsavat başqanına müraciət edib. Partiya Divanı isə Ə. Talışxanlının kollektivdən üzr istəməsi ilə bağlı qərar qəbul edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR