Seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlayıb

Seçki komissiyalarında seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlayıb
# 09 yanvar 2007 14:03 (UTC +04:00)
Bu gündən başlayaraq seçki məntəqələrində seçici siyahılarının dəqiqləşdirilməsi prosesi başlayıb. Bu barədə APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətindən məlumat verilib. Seçki Məcəlləsinin tələbinə görə, seçici siyahılarının dəqiqləşdirilməsi hər il yanvarın 5-dən başlamalı olduğu halda, bu il yanvarın 8-nə kimi iş günü olmadığı üçün seçki komissiyaları bu işə bir qədər gec başlamalı olublar. Siyahıların dəqiqləşdirilməsi prosesi məntəqə seçki komissiyalarında fevralın 5-nə kimi davam etdiriləcək. Məntəqə üzrə tərtib olunmuş ilkin seçici siyahılarının birinci nüsxəsi məntəqə seçki komissiyasında saxlanılacaq, ikinci nüsxə isə fevralın 5-dən gec olmayaraq DSK-lara göndəriləcək. DSK-lar isə dəqiqləşdirmə işini martın 5-nə kimi aparacaq və aprelin 5-dən gec olmayaraq tərtib olunmuş siyahıları MSK-ya verəcəklər. MSK mayın sonuna kimi ölkə üzrə seçicilərin sayını dəqiqləşdirəcək və elan edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR