Ermənistan Transkasspiysk qaz kəməri layihəsində iştirak etmək istəyir

Ermənistan Transkasspiysk qaz kəməri layihəsində iştirak etmək istəyir
# 09 yanvar 2007 14:23 (UTC +04:00)
Ermənistan Transkasspiysk qaz kəmərinin tikintisi layihəsində iştirak etmək istəyir. APA-nın məlumatına görə, bu barədə bu gün İrəvanda keçirdiyi mətbuat konfransında Ermənistanın xarici işlər naziri Vardan Oskanyan bildirib. Nazir deyib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilsə də, hələlik konkret addım atılmayıb: “Ermənistanın bu layihədən kənarda qalmaması üçün səyləri artırmaq lazımdır. Bu layihədə iştirak ölkənin enerji sistemində alternativ mənbənin yaradılmasına imkan verəcək”.
Qeyd edək ki, layihəyə görə, Transkasspiysk qaz kəmərinin uzunluğu 2000 km olacaq. Türkmənistanın cənubundan başlayacaq kəmər Xəzərin 200-300 metr dərinliyindən çəkiləcək, Azərbaycandan və Gürcüstandan keçməklə, Türkiyənin Ərzurum şəhərinə qədər uzanacaq. İlkin qiymətləndirməyə görə, layihənin dəyəri 2,5 milyard dollardan 3 milyard dollara qədərdir. Kəmərin gücü ilkin mərhələdə 10 milyard kubmetr, ikinci mərhələdə 20 milyard kubmetr, üçüncü mərhələdə isə 30 milyard kubmetr təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR