Tahir Tağızadə : “Ermənistan Avropa Şurası və YUNESKO ekspertlərinin yalnız Naxçıvanda, biz isə münaqişə zonasında monitorinq aparmalarını istəyirik”

Tahir Tağızadə : “Ermənistan Avropa Şurası və YUNESKO ekspertlərinin yalnız Naxçıvanda, biz isə münaqişə zonasında monitorinq aparmalarını istəyirik”
# 09 yanvar 2007 15:13 (UTC +04:00)
Ermənistanın xarici işlər naziri Vardan Oskanyan 2007-ci ildə ölkəsinin xarici siyasətinin prioritetləri ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların davam etdiriləcəyini vurğulayan nazir Rusiya və Gürcüstanla əlaqələri daha da dərinləşdirəcəklərini bildirib: “İranla çoxlu sayda birgə proqramımız var və onlardan ən vacibi İran-Ermənistan qaz boru xəttinin işə salınmasıdır. Ümid edirik ki, 2007-ci ilin ilk kvartalında buna nail olacağıq”. V.Oskanyan Türkiyə ilə qeyd-şərtsiz münasibət qurmağa hazır olduqlarını da açıqlayıb. O, qondarma “erməni soyqırımı”nın beynəlxalq miqyasda tanınması məsələsində ciddi irəliləyişlərin olacağını söyləyərək, bu prosesi diqqətlə izləyəcəklərini deyib. Culfada guya erməni xaçkarlarının dağıdılması ilə bağlı iddialarını gündəmə gətirəcəklərini deyən V.Oskanyan bu əraziyə Avropa Şurası və YUNESCO-nun nümayəndələrinin göndərilməsinə nail olmağın vacibliyini vurğulayıb.
V. Oskanyan 2006-cı ildə bölgəyə və Ermənistana təsir edən faktorlar sırasında Türkiyə ilə sərhədlərin bağlı qalmasını və GUAM-ın aktivləşməsini də göstərib.
Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə APA-ya açıqlamasında bildirib ki, Avropa Şurası və YUNESKO nümayəndələrinin dağıdılmış mədəni abidələrlə bağlı monitorinq aparması ilə bağlı Azərbaycan da lazımi işlər görür: “Ermənistan çalışır ki, ekspertlər yalnız Naxçıvana səfər etsin. Bizim məqsədimiz isə onların münaqişə zonasında monitorinq aparmalarına nail olmaqdır”. T.Tağızadə erməni nazirin GUAM-ın aktivləşməsinin Ermənistana təsiri barədə bəyanatına da münasibət bildirərək, V.Oskanyanın bu ifadələri işlədərkən GUAM-ın “dondurulmuş münaqişələr”lə bağlı görəcəyi işləri nəzərdə tutduğunu söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR