Latviyanın Ticarət-Sənaye Palatasının nümayəndələri Azərbaycana gələcəklər

Latviyanın Ticarət-Sənaye Palatasının nümayəndələri Azərbaycana gələcəklər
# 09 yanvar 2007 15:18 (UTC +04:00)
Latviyanın Ticarət-Sənaye Palatasının missiyası bu il tanışlıq məqsədilə Azərbaycana səfər etmək niyyətindədir. Bu barədə APA-ya açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Mixail Popkovs məlumat verib. Səfər zamanı iqtisadiyyat və ticarət sahəsində Azərbaycanla Latviya arasında əməkdaşlığın perspektivləri müzakirə ediləcək. Lakin, səfirin sözlərinə görə, hazırda səfərin dəqiq tarixi və gözlənilən görüşlərə dair dəqiq məlumat yoxdur.
Qeyd edək ki, 2007-ci ildə Latviyanın Ticarət-Sənaye Palatası İspaniya, Peru, Belarus, Rusiya, Misir, Ukrayna, Bolqarıstan, Rumıniya, İsveçrə, Filippin və Karib adalarına analoji tanışlıq səfərləri təşkil etmək niyyətindədir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR