ADP İranın təhdidlərinə adekvat reaksiya verilməsini istəyir

ADP İranın təhdidlərinə adekvat reaksiya verilməsini istəyir
# 09 yanvar 2007 15:26 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyası (ADP) İdarə Heyətinin iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Azərbaycandakı ictimai-siyasi vəziyyət və təşkilati məsələlər müzakirəyə çıxarılıb. Ölkədə enerji daşıyıcılarının qiymətinin qalxması və GUAM-ın inkişafı ilə əlaqədar Ukrayna prezidenti Viktor Yuşşenkonun son açıqlamasını da müzakirə edən partiya rəhbərliyi hər iki məsələ ilə bağlı bəyanatla çıxış edib. Ukrayna prezidentinin GUAM-ın perspektivləri və daimi fəaliyyət göstərməsi ilə əlaqədar fikirlərini yüksək qiymətləndirən ADP bu birliyin ciddi uğurlar qazanacağına ümid bəsləyir. Partiya rəhbərliyi həmçinin son vaxtlar İranın “Səhər” telekanalının Azərbaycanın suverenliyi və bütövlüyü əleyhinə yönəlmiş açıq təbliğat apardığını bildirib və Azərbaycan hökumətinin Qərb strukturlarına inteqrasiya ilə bağlı son aylar atdığı addımlara cavab olaraq qonşu ölkənin dövlətimizin mövcudluğuna qarşı açıq təhdidlərlə çıxış etməsinə mütləq adekvat diplomatik reaksiyalar verilməsini vacib sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR