İranda Qərbi Azərbaycan Müdafiə Komitəsi yaradılıb

İranda Qərbi Azərbaycan Müdafiə Komitəsi yaradılıb
# 09 yanvar 2007 16:39 (UTC +04:00)
İranda Qərbi Azərbaycan Müdafiə Komitəsi yaradılıb. Güney Azərbaycan Milli Oyanış Hərəkatından APA-ya verilən məlumata görə, təşkilat Güney Azərbaycanın qərb ərazilərində yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə məşğul olacaq. Bununla bağlı komitənin bəyanatında bildirilib ki, bu gün Azərbaycandan İrəvan vilayətinin ayrılması Qarabağda erməni cinayətlərinin vüsət alması onları Güney Azərbaycanın qərb hissəsində - Urmiya vilayətində yarana biləcək qarşıdurma haqda öncədən düşünməyə vadar edib. Bəyanatda İran dövlətinin düşünülmüş şəkildə bu ərazilərdə azərbaycanlılarla kürdləri qarşıdurmaya cəlb etmək cəhdinin olması narahatlıqla qeyd olunub: “Azərbaycan qərb hissəsində kürdlər köçürülməklə bölgənin terrorist ocağına çevirmək istəyirlər. Artıq İran hüquq-mühafizə orqanları PKK, PJAK və Kürdüstan Demokratik Partiyasının fəaliyyətinə göz yumurlar. Bu ərazilərin sahibi olan azərbaycanlıların hər hansı bir addımı isə nəzarət altında saxlanılır”. Bəyanatda Qərbi Azərbaycan Müdafiə Komitəsi dünya türklərini də quruma dəstək verməyə çağırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR