Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək

Sabah Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçiriləcək
# 10 yanvar 2007 08:42 (UTC +04:00)
Sabah ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, Azərbaycanın Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri İmre Palatinus və Jaslan Nurtazin, Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisi sayılan təmas xəttinin qarşı tərəfində isə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Günter Folk, Piter Ki və Miroslav Vımetal keçirəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR