“Müsavat” deputat qrupunun parlamentin növbədənkənar iclasının çağırılması ilə bağlı müraciətinə cavab verilməyib

“Müsavat” deputat qrupunun parlamentin növbədənkənar iclasının çağırılması ilə bağlı müraciətinə cavab verilməyib
# 10 yanvar 2007 10:32 (UTC +04:00)
“Müsavat” deputat qrupunun qiymətlərin bahalaşması ilə əlaqədar Milli Məclisin növbədənkənar iclasının keçirilməsi ilə bağlı parlament rəhbərliyinə etdiyi müraciətə heç bir cavab verilməyib. Bu barədə APA-ya deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib. Müraciəti 5 deputatın imzaladığını bildirən P. Hüseyn əslində 5 imzanın parlamentin növbədənkənar iclasının çağırılması üçün kifayət etmədiyini bildirib. Onun sözlərinə görə, növbədənkənar iclasın keçirilməsi üçün 40-dan yuxarı deputatın imzası lazımdır. Digər deputatlardan imzalarının toplanıb-toplanmayacağına gəldikdə, P. Hüseyn bu cəhdin müsbət nəticə verməyəcəyini düşünür: “Çünki deputatların əksəriyyəti hakimiyyətin təsiri altındadır və onlar bu müraciətə imza atmayacaqlar”. Millət vəkili bildirib ki, buna baxmayaraq, deputat qrupu öz səylərini davam etdirəcək və bu günlərdə parlamentin daimi komissiyalarına da müraciət göndərəcək. “Hökumət enerji daşıyıcılarının qiymətlərinin qaldırılması ilə bağlı heç bir ciddi izahat verməyib. Buna görə də qiymətlərin artırılmasını təklif edən şirkətlərin rəhbərlərinin də iştirakı ilə parlamentin iclasının çağırılması vacibdir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR