Müsavat deputat qrupu “Siyasi müxalifətin fəaliyyətinin təminatları haqqında” qanun layihəsi hazırlayıb

Müsavat deputat qrupu “Siyasi müxalifətin fəaliyyətinin təminatları haqqında” qanun layihəsi hazırlayıb
# 10 yanvar 2007 10:50 (UTC +04:00)
“Müsavat” deputat qrupu “Siyasi müxalifətin fəaliyyətinin təminatları haqqında” qanun layihəsi hazırlayıb. Bu barədə APA-ya deputat qrupunun üzvü Pənah Hüseyn məlumat verib. Onun sözlərinə görə, qanun layihəsində müxalifət partiyalarının fəaliyyəti, onların təşkilatlanmasına dövlət tərəfindən şəraitin yaradılması və digər məsələlər nəzərdə tutulub. P. Hüseyn bildirib ki, müxalifətin fəaliyyəti ilə bağlı son vaxtlar bir sıra ölkələrdə qanunlar qəbul olunur. Sonuncu dəfə isə belə qanun Qırğızıstan parlamentində qəbul edilib. Bundan əlavə deputat qrupu “Ana və uşaqlara müavinətlərin verilməsi haqqında”, “Sərbəst toplaşmaq azaldığı haqqında”, “Deputatların statusu haqqında”, “Neft haqqında”, “Enerji təhlükəsizliyi haqqında” qanunlara, Seçki Məcəlləsi və Milli Məclisin daxili nizamnaməsinə əlavə və dəyişikliklər hazırlayıb. Deputat qrupu qanun layihələri və əlavə və dəyişikliklərlə bağlı layihələri parlamentin yaz sessiyasında Milli Məclis rəhbərliyinə təqdim edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR