Ümid Partiyası yanvarın 13-nə mitinq təyin edib

Ümid Partiyası yanvarın 13-nə mitinq təyin edib
# 10 yanvar 2007 10:50 (UTC +04:00)
Enerji daşıyıcılarının qiymətinin artmasına etiraz olaraq Ümid Partiyası yanvarın 13-nə mitinq təyin edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Aksiyanın keçirilməsi ilə bağlı partiya yanvarın 8-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Mitinqin “Nərimanov” kinoteatrının qarşısında keçirilməsi nəzərdə tutulub. Mətbuat xidmətindən bildirilib ki, aksiya ilə bağlı digər müxalifət partiyaları ilə də danışıqlar aparılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR