Massimo D’Alema və Terri Devis ölüm hökmünün bütün dünyada ləğv olunması təşəbbüsünü dəstəkləyirlər

Massimo D’Alema və Terri Devis ölüm hökmünün bütün dünyada ləğv olunması təşəbbüsünü dəstəkləyirlər
# 10 yanvar 2007 11:45 (UTC +04:00)
İtaliya baş nazirinin müavini, xarici işlər naziri Massimo D’Alema və Avropa Şurasının baş katibi Terri Devis ölüm hökmünün ləğv olunması təşəbbüsünün BMT-nin müzakirəsinə çıxarılması ilə bağlı birgə bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, ölüm hökmünün ləğvi insan şəxsiyyətinin və haqlarının müdafiəsi işinə köməklik edir. “Son 10 ildə Avropa Şurasına üzv ölkələrin heç birində ölüm hökmü həyata keçirilməyib, ölüm hökmünü ləğv edən ölkələrin sayı digər qitələrdə də artır. Bu nailiyyətin beynəlxalq səviyyədə möhkəmləndirilməsi üçün zaman yetişib”. Bəyanat müəllifləri hesab edir ki, bu yaxınlarda həyata keçirilmiş edamlar bütün dünyada ölüm hökmünə moratorium elan edilməsinin və ləğv olunmasının vacibliyini artırıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR